AZ

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Srağagün səhər saatlarında Leninqrad vilayətinin Novoqorelovo şəhərində dəhşətli hadisə baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hündürmərtəbəli yaşayış evlərindən birində qadın 2 azyaşlı uşağını 16-cı mərtəbədən atıb.

Ardınca isə özünü ataraq intihar edib. Ana dərhal canını tapşırıb. Uşaqlar isə möcüzə nəticəsində sağ qalıblar və şahidlərin köməyi ilə xəstəxanaya çatdırılıblar.

Yerli polis bölməsindən verilən məlumata görə, ailə Tacikistandan olan miqrantlardı. Ana bir müddət əvvəl depressiyaya keçirib və psixoloji pozuntusu olub. 

Dünən axşama olan məlumata görə, 1 və 2 yaşlı uşaqların vəziyyəti orta ağırdır, həyati təhlükə yoxdur.

Qeyd edək ki, ailə Novoqorelovoda şəxsi mənzilində yaşayır. Mərhum dəfn olunmaq üçün bu gün Tacikistana göndəriləcək.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
525.az

1Mənbələr