AZ

Niderland kraliçası hərbi xidmətə çağırıldı

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Niderland kraliçası Maksima yaxın günlərdə ehtiyatda olan zabit kimi hərbi xidmətə başlayacaq.

Axar.az xəbər verir k, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Kraliçanın nəzəri və fiziki hazırlıq da daxil olmaqla hərbi təlim proqramından keçəcəyi gözlənilir. O, həmçinin atəş açmağı və xəritələri oxumağı öyrənəcək", - deyə bildirib.

Müdafiə Nazirliyi ümid edir ki, kral ailəsinin üzvünün şəxsi nümunəsi xalqın hərbi xidməti marağı artıracaq.

Qeyd edək ki, kral cütlüyünün böyük qızı, vəliəhd şahzadə Amaliya bu ilin əvvəlində əsas hərbi təlimini başa vurub və ilk hərbi rütbəsini - kapral rütbəsini alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
axar.az

2Mənbələr