AZ

İspaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

İspaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

İspaniyanın Baş naziri Pedro Sançes 16 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulacağını açıqlayıb.

Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxış edən Sançes 16 yaşınadək uşaqların sosial platformalara daxil olmasının qarşısının alınacağını, rəqəmsal platformalar üzərində nəzarətin gücləndiriləcəyini və bu şəbəkələrdəki pozuntulara görə rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əlavə tədbirlər görüləcəyini bəyan edib.

Rəqəmsal platformaların sağlam mühitə çevrilməsinin vacibliyini vurğulayan Sançes qeyd edib ki, sosial şəbəkələr nəzarəti artırmalı və uşaqların girişini real şəkildə məhdudlaşdıran mexanizmlər tətbiq etməlidir. Baş nazir həmçinin sosial şəbəkələrdə nifrət dolu və ayrı-seçkilik xarakterli çıxışlara qarşı xüsusi izləmə sisteminin yaradılacağını bildirib.

Sosyal media platformalarının daha ciddi, sürətli və effektiv tənzimlənməsi məqsədilə beş Avropa ölkəsi tərəfindən yaradılan "Rəqəmsal Hazırlıq Koalisiyası"na İspaniyanın da qoşulacağını elan edən Sançes, ilk iclasın yaxın günlərdə keçiriləcəyini diqqətə çatdırıb. Sançes əvvəlki aylarda sosial şəbəkə rəhbərlərini məsuliyyətə cəlb edən qanunvericilik dəyişiklikləri edəcəklərini bəyan etmişdi. Bu gün keçirilən Nazirlər Şurasının iclasında isə həmin dəyişikliklərin detalları müəyyənləşdirilib.

Hökumət sosial şəbəkə rəhbərlərini rəqəmsal platformalarda törədilən hər növ qanun pozuntusuna görə hüquqi cəhətdən məsuliyyətli hesab edən və prokurorluğa bu pozuntular üzrə təhqiqat aparmaq hüququ verən qanun layihəsini parlamentə təqdim edəcək.

Seçilən
37
afn.az

1Mənbələr