AZ

Adı sənədlərdə hallanan səfir vəzifəsindən uzaqlaşdırıldı

Ceffri Epşteynlə bağlı yeni dərc olunmuş sənədlərdə adı hallanan Norveçin Ammandakı səfiri Mona Juul vəzifəsindən uzaqlaşdırılıb.

KONKRET.az xəbər verir ki, norveçli diplomatın adının da olduğu sənədlər ABŞ-nin Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin açıqlandığını elan etməsindən sonra ortaya çıxıb. Norveç xarici işlər naziri Espen Bart Eide bildirib ki, istintaq yekunlaşana qədər səfir vəzifəsindən kənarda qalacaq.

Qeyd edək ki, Norveç Liberal Partiyasının lideri Guri Melbi adı Ceffri Epşteynlə bağlı sənədlərdə hallanan Mona Juulun istefa verməsini tələb etmişdi.\\Metbuat.az

Seçilən
15
2
konkret.az

3Mənbələr