AZ

Dünyanın ən sürətli humanoid robotu TƏQDİM EDİLDİ – VİDEO

Çində dünyanın ən sürətli humanoid robotu təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Çində dünyanın ən sürətli humanoid (insanabənzər) robotu nümayiş olunub.

Tərtibatçı şirkətin bildirdiyinə görə, yeni robot saniyədə 10 metrə qədər sürətlə qaçmaq qabiliyyətinə malikdir.

İnsanın qaçış imkanlarını və yüksək texnologiyanı özündə birləşdirən bu robota yamaykalı məşhur yüngül atlet, dünya rekordçusu Useyn Boltun şərəfinə “Bolt” adı verilib.

Mühəndislər qeyd edirlər ki, “Bolt” yüksək sürətlə hərəkət edərkən belə, mükəmməl balans və manevr qabiliyyəti nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr