AZ

A Seriyası klubu Cilardino ilə yollarını ayırdı, yeni baş məşqçi məlumdur

“Piza”da baş məşqçi dəyişikliyi baş verib.

Sportal.az xəbər verir ki, ötən gün A Seriyasında sonuncudan bir pillə yuxarıda qərarlaşan komanda Alberto Cilardino ilə yollarını ayırıb. O, komandada cəmi altı aydan bir qədər çox çalışmışdı.

Bu gün “Dinamo”, “Cenoa” və PSV-nin sabiq yarımmüdafiəçisi Oskar Hiljemarkın təyinatı elan olunub. Onunla müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub və bir mövsümə uzatma opsiyası var.

33 yaşlı isveçli İtaliya klubuna “Elfsborq”dan gəlib. Həmin klub son 10 rəsmi oyunun 8-də məğlub olub və çempionatı 8-ci pillədə başa vurub.

saytlarin hazirlanmasi

Seçilən
34
1
sportal.az

2Mənbələr