Gənclər Həftəsi çərçivəsində ölkə ərazisində müxtəlif tədbirlər keçirilir.
Onlardan biri də Goranboyda baş tutub. İlin gənci seçilən Gülsüm Baxışova tədbirlə bağlı Baku TV-yə açıqlama verib.
"Bu gün Goranboyda 2026-cı il "Gənclər Paytaxtı"nın açılış mərasimi keçirilir. Tədbir çərçivəsində ötən ilin "Gənclər Paytaxtı" olan Sumqayıtın rəmzi açarı cari ilin "Gənclər Paytaxtı" seçilən Goranboya təqdim ediləcək. Bununla yanaşı, il ərzində aktivliyi ilə seçilən gənclər mükafatlandırılacaqlar. Onlardan biri olmaq mənim üçün böyük uğurdur. Bütün gənclərə buradan bildirmək istəyirəm ki, ümidlərini heç vaxt itirməsinlər və daima arzularının arxasınca getsinlər", - deyə o bildirib.