Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbek Madrid “Real”ının əsas transfer hədəfi olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” daha əvvəl Dayo Upamekano, Mark Qehi və Ceremi Cake ilə bağlı apardığı danışıqlarda uğursuzluq yaşadıqdan sonra diqqətini Şlotterbekə yönəldib.
Bildirilir ki, “Real” yay transfer pəncərəsində mütləq yeni mərkəz müdafiəçisi heyətinə qatmaq niyyətindədir. Əgər Şlotterbekin transferi də baş tutmasa, Madrid təmsilçisi hazırda “Komo” klubunda uğurlu çıxışı ilə diqqət çəkən öz yetirməsi Hakobo Ramonunu geri qaytarmağı planlaşdırır.
Qeyd edək ki, 26 yaşlı Niko Şlotterbek cari mövsümdə bütün turnirlər üzrə 25 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun transfer dəyərini 55 milyon avro olaraq qiymətləndirir.