AZ

Makron Avropa ilə Rusiya arasında danışıqların bərpasına hazırlıq getdiyini açıqladı

Fransa Prezidenti Emmanuel Makron Avropa ilə Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı birbaşa danışıqların bərpası istiqamətində hazırlıq işlərinin aparıldığını bəyan edib. Bu barədə Politico nəşri məlumat yayıb.

Makronun sözlərinə görə, hazırda proses rəsmi danışıqlar mərhələsində deyil və texniki səviyyədə hazırlıq müzakirələri davam etdirilir.
“Bu məsələ hazırlıq tələb edir. Hazırda danışıqların bərpasına dair texniki müzakirələr aparılır. Avropa ölkələrinin öz əlaqə kanallarını yenidən bərpa etməsi vacibdir və bu istiqamətdə iş gedir”, – deyə Fransa Prezidenti bildirib.

Qeyd edək ki, Ukraynadakı müharibənin başlamasından sonra Avropa İttifaqı ilə Rusiya arasında diplomatik təmaslar minimuma endirilmişdi. Makronun açıqlaması mümkün diplomatik dialoqun bərpasına dair ilk siqnallardan biri kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr