Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbdəki Əz-Zintan şəhərində öldürülüb.Demokrat.az xəbər verir ki, bu məlumatı "Libya al-Ahrar" telekanalı yayıb.Əl-İslama yaxın mənbələrinin verdiyi məlumata görə, ona naməlum yaraqlılar hücum edib. Hadisənin əlavə təfərrüatları hələlik açıqlanmayıb.2021-ci ildə Seyf əl-İslam Liviya prezidentliyinə ümumi seçkilərdə namizədliyini irəli sürmək planlarını açıqladı. Seçkilərin həmin ilin sonlarında keçirilməsi planlaşdırılırdı, lakin hələ baş tutmayıb.2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin ölkədəki dəstək missiyasının rəhbəri Əbdülay Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib. (Report)Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.