AZ

UEFA “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlarını qeyd edib

UEFA-nın rəsmi saytında UEFA Çempionlar Liqasının əsas mərhələsindən ən maraqlı faktlar və rəqəmlər dərc olunub.

İdman.Biz-in məlumatına görə, uefa.com-un statistik icmalında “Qarabağ”a xüsusi diqqət ayrılıb. Qeyd olunur ki, Ağdam klubu Azərbaycan tarixində Çempionlar Liqasının qrup mərhələsində qələbə qazanan ilk komanda olub. İlk oyun günündə “Qarabağ” “Benfikanı” 3:2 hesabı ilə məğlub edib.

Bundan əlavə, “Qarabağ” Avropa yarışlarında almaniyalı rəqibini məğlub edən ilk Azərbaycan klubu kimi tarixə düşüb. Qurban Qurbanovun komandası bu nailiyyəti on beşinci cəhdində əldə edib.

Xatırladaq ki, “Qarabağ” yeddinci oyun günündə “Ayntraxt Frankfurt”u 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz
Seçilən
29
1
idman.biz

2Mənbələr