AZ

Ukraynanın hücumundan sonra Belqorodda işıqlar söndü


Ukraynanın raket zərbəsindən sonra Belqorod və ətraf ərazilərdə elektrik kəsilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat yayıb.
Qladkov Ukrayna Silahlı Qüvvələrinin zərbəsinin infrastruktur obyektinə ciddi ziyan vurduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.
KİV-in məlumatına görə, iki elektrik yarımstansiyası - “Frunzenskaya” və “Belqorod” zərbə alıb.
Regional Vodokanalın verdiyi məlumata görə, raket zərbəsindən sonra su girişlərində elektrik kəsilib.
Seçilən
32
yeniavaz.com

1Mənbələr