AZ

Gümüşün qiyməti 10%-dən çox bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl və gümüş bazarında müşahidə olunan kəskin eniş artımla əvəz olunub.

Banco.azxəbər verir ki, riskə meyilliliyin artması və ABŞ dollarının dəyərdən düşməsi fonunda gümüşün qiyməti on faizdən çox yüksəldi və metalın bir unsiyasının qiyməti 88 dollara çatdı.

Qızılın dərhal tədarük bazarındakı unsiya üzrə qiyməti də altı faiz artaraq 4 940 dollara yüksəldi. Qiymətlər bundan əvvəl on ildən artıq müddətdə qeydə alınan ən böyük enişi yaşamışdı.

Qiymətli metallar ötən ay hətta təcrübəli sərmayəçiləri belə təəccübləndirən sürətli artım nəticəsində rekord səviyyələrə qalxmışdı. Sərmayəçilər geosiyasi gərginliklərlə bağlı artan narahatlıqlar, pul vahidlərinin dəyər itirməsi və ABŞ Mərkəzi Bankının müstəqilliyinə yönələn təhdidlər səbəbindən qızıl və gümüşə üz tutmuşdular. Çinli tacirlərdən gələn güclü alışlar yüksəlişi daha da möhkəmləndirmişdi, lakin ABŞ dollarının möhkəmlənməsi ilə bu meyl cümə günü əks istiqamətə çevrildi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
20
1
banco.az

2Mənbələr