AZ

Son dəqiqə! ABŞ İran PUA-sını vurdu – Müharibə AN MƏSƏLƏSİDİR

ABŞ hərbi qüvvələri İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Musavat.com xəbər verir ki, hadisə Yaxın Şərqdə onsuz da yüksək olan gərginliyi daha da artırıb və mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqları gücləndirib.

Məlumatlara görə, insident ABŞ qüvvələrinin nəzarətində olan hava məkanına yaxın ərazidə baş verib. Rəsmi Vaşinqton PUA-nın təhlükə yaratdığını bildirərək müdaxilənin “özünümüdafiə” məqsədi daşıdığını açıqlayıb. İran tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi mövqe ortaya qoymayıb.

Ekspertlər hesab edirlər ki, bu hadisə ABŞ–İran münasibətlərində yeni və daha təhlükəli mərhələnin başlanğıcı ola bilər. Xüsusilə də son günlər regionda hərbi aktivliyin artması, donanma və HHM sistemlərinin hərəkətə gətirilməsi mümkün qarşıdurma ehtimalını yüksəldir.

Hadisənin inkişafı və tərəflərin atacağı növbəti addımlar bölgədə müharibə riskinin artıb-artmayacağını müəyyən edəcək.

Müsavat.com

Seçilən
12
editor.az

1Mənbələr