AZ

İki azyaşlı uşağını 16-cı mərtəbədən atdı və intihar etdi

Leninqrad Vilayətinin İstintaq Komitəsinin Telegram kanalında bildirilir ki, Novoqorelovo kəndində bir xarici vətəndaş intihar etməzdən əvvəl uşaqlarını eyvandan atıb.

Müstəntiqlərin sözlərinə görə, 2 fevralda 23 yaşlı əcnəbi qadın 2024 və 2025-ci il təvəllüdlü uşaqlarını bir-birinin ardınca 16-cı mərtəbədəki ortaq balkondan atıb və sonra intihar edib. Uşaqlara təcili tibbi yardım göstərilib və onlar sağ qalıblar.

Müstəntiqlər iki azyaşlı uşağın öldürülməsinə cəhd göstərdiyinə görə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 3-cü hissəsinin 30-cu maddəsinin 2-ci hissəsinin “a və c” bəndləri ilə cinayət işi açıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr