AZ

Rusiya futbolu Avropaya qayıdır

Kreml, FİFA prezidenti Canni İnfantinonun son açıqlamalarını alqışlayaraq, Rusiya futbolçularının beynəlxalq arenada hüquqlarının tez bir zamanda bərpasına ümid etdiyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiyanın dünya futboluna qayıtması ilə bağlı hər hansı müzakirəni alqışlayır. “Bu məsələ ilə bağlı ən azı bir neçə müzakirənin olması, əlbəttə ki, yaxşıdır. Bəli, biz bu açıqlamaları gördük və onları həqiqətən alqışlayırıq. Bu barədə düşünməyin vaxtı çoxdan keçib”, – deyə Peskov bildirib.

Kreml sözçüsü, həmişəki kimi, “idmanın siyasiləşdirilməsindən” şikayətlənərək Rusiya milli komandasının tam bərpa edilməli olduğunu bildirib. “Əslində, idmanı, xüsusən də Olimpiya Oyunları ideyasını və ya futbolu siyasiləşdirməyə heç vaxt ehtiyac olmayıb. Ümid edirik ki, bu cür müzakirələr gec-tez FİFA daxilində baş tutacaq”, – deyə o əlavə edib.

Seçilən
18
editor.az

1Mənbələr