Rusiya taxılını daşıyan vaqonlar Azərbaycan ərazisindən keçdikdən sonra Ermənistana çatıb. Ümumi yük həcmi təxminən 1700 ton olub.
Xatırladaq ki, Bakı və İrəvan payızda yüklərin Azərbaycan ərazisindən tranzit daşınması barədə razılığa gəliblər. Sazişə əsasən, Ermənistan təxminən 20 min tona taxıl alıb. Azərbaycandan Ermənistana benzin və dizel yanacağı tədarükü də başlayıb.
Tərəflər həmçinin əks istiqamətdə – Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən tranzit məsələsini də müzakirə edirlər.
//Samir Qurbanov, Editor.az