Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərasizində qeydə alınan hadisə zamanı sürücü idarəetməni itirib və "Toyota Prius" markalı avtomobil ağaca çırpılıb.
Qəza zamanı 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.