AZ

Arteta “Arsenal”ın tənqidçiləri ilə bağlı: “Mənə onların adlarını və ünvanlarını göndərin”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”a qarşı tənqidlərlə bağlı suala cavab verib.

İdman.Biz-in xəbərinə, görə, Arteta komandasının oyununu kimin tənqid etdiyini bilmir.

“Tamamilə fərqli bir şey eşidirəm. Bütün Avropada deyirlər ki, biz qitənin ən əyləncəli komandasıyıq - çox qol vururuq, qapımıza toxunmuruq. Bəlkə də başqa mənbələrim var.

Tənqidləri kimin etdiyini dəqiq bilmirəm. Mənə (“Arsenal”ı tənqid edənlərin) adlarını, ünvanlarını və elektron poçt ünvanlarını göndərin - bəlkə də danışa bilərik, amma tənqidçilərin siyahısı böyük deyil”, - “Goal” Artetanın sözlərini sitat gətirir.

İdman.Biz
Seçilən
8
1
idman.biz

2Mənbələr