"Monako"nun hücumçusu George İlenixena karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Əl-İttihad"a keçib.
Qeyd edək ki, nigeriyalı forvard 2024-cü ildən "Monako"nun şərəfini qoruyurdu. O, bu müddət ərzində keçirdiyi 51 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Monako" hazırda Fransa Liqa 1-də 20 turdan sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.