AZ

Uşaqlara qoyulan ən qəribə adlar məlum olubVİDEO

Son 5 ildə uşaqlara qoyulan ən qəribə adlar bəlli olub. Bunlar Nənəş, Əmənulla, Gilə, İqlimə, Mahama, Piyalə, Səyahət, Təbib, Alov, Ocaq adlarıdır.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli bildirib ki, bəzən ailələr övladlarına məğzi aydın olmayan adları qoymaq istəyirlər.

Onun sözlərinə görə, valideynlər bəzən hətta Dilçilik İnstitutuna təkidlə müraciət edirlər. Dilçi alimlərin mənfi rəyinə baxmayaraq, övladalrına qəribə adlar verməkdə israrlı olurlar.

Direktor müavini bildirib ki, adların qoyulması haqqında qanunvericilikdə müəyyən müddəalar var. Ona əsasən, əgər ad uşağın cinsinə uyğun deyilsə, cəmiyyətdə gülünc reaksiya doğurursa, uşağa bu adlar verilə bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr