Bakı. Trend:
2027-ci ildən etibarən Çin avtomobillərdə “gizli” qapıtutacaqlarını qadağan edəcək və bununla da “Tesla” şirkətitərəfindən hazırlanmış bu konstruksiyadan mərhələli şəkildə imtinaedən ilk ölkə olacaq.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, mobil telefon və ya əl ilə basmaqla idarə olunangizli tutacaq konstruksiyası təhlükəsizlik baxımından potensialrisklərə görə həm ABŞ-də, həm də Çində diqqət mərkəzinə düşüb.
Çinin Sənaye Nazirliyinin fevralın 3-də yaydığı məlumata görə,yeni texniki təhlükəsizlik tələblərinə uyğun olaraq, hər biravtomobil qapısı həm xarici, həm də daxili tutacaqlarla təchizedilməlidir.
Çinin yeni siyasəti avtomobilin xarici tərəfində qapıtutacaqlarının yerləşdirilməsi və qəza zamanı açılma imkanınıntəmin edilməsi üçün onların işləmə qaydaları ilə bağlı tələblərmüəyyən edir. Həmin qaydalar daxili qapı tutacaqlarının aydıngörünməsini də tələb edir.