AZ

TƏCİLİ! İsrail İranla bağlı HƏRƏKƏTƏ KEÇDİ – BAŞLAYIR!

İsraildə İranla mümkün hərbi qarşıdurma ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, Tehran razılaşmaya getmədiyi halda İsrailin müstəqil şəkildə hərəkət etməyə və zərbə endirmək üçün Israel Defense Forces (SAXAL) qüvvələrini cəlb etməyə hazır olduğu bildirilir.

Qeyd olunur ki, İsraildə ABŞ və İran arasında hərbi toqquşmanın ehtimalı ilə bağlı proqnozlar getdikcə güclənir. Xüsusilə danışıqlar prosesinin başlanması fonunda bu riskin daha da artdığı vurğulanır.

Mənbənin sözlərinə görə, hadisələrin inkişafı üçün bir neçə mümkün ssenari mövcuddur. Bunlara tərəflər arasında razılaşmanın əldə olunması, heç bir razılaşma olmadan birbaşa hərbi münaqişənin baş verməsi, eləcə də aralıq variant – yəni danışıqların başlaması, lakin sonradan eskalasiyaya keçməsi daxildir.

CNN yazır ki, İsrail rəhbərliyi bütün bu ehtimalları nəzərə alaraq vəziyyəti yaxından izləyir və təhlükəsizliklə bağlı qərarlarını formalaşdırır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr