AZ

"Beşiktaş" beninli vingeri İstanbula gətirdi

"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Göztepe"də çıxış edən Junior Olaytanın keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Beninli hücumameyilli yarımmüdafiəçi artıq İstanbuldadır. 22 yaşlı ön xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la 3,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Göztepe" Junior Olaytanı mövsümün əvvəlində "Qrenobl"dan 850 min avroya transfer edib. Benin millisinin üzvü İzmir təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr