Bakı. Trend:
Ultra emal olunmuş qidalar siqaret kimi asılılıq yaradır.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Yeni araşdırmalara görə, ultra emal olunmuş qidalar (UPF)siqaret kimi asılıq yaradır və ictimai sağlamlıq baxımından dahaciddi tənzimləməyə ehtiyac var.
UPF-lər əsasən sənaye üsulu ilə istehsal olunan, tərkibindəemulqatorlar, süni rəngləndiricilər və dadlandırıcılar olanqidalardır. Bu kateqoriyaya qazlı içkilər, çipslər, peçenyelər vədigər qablaşdırılmış qəlyanaltılar daxildir.
ABŞ-nin aparıcı universitet tədqiqatçıları qeyd edirlər ki, həmUPF-lər, həm də siqaretlər asılılıq yaratmaq və istehlakı artırmaqməqsədilə xüsusi şəkildə hazırlanır. Araşdırmada bu məhsullarıngeniş yayılmış sağlamlıq riskləri arasında mühüm paralellər olduğuvurğulanır. UPF-lərin və siqaretlərin istehsal prosesləri oxşardır.İstehsalçılar hər iki halda məhsulun “dozasını” optimallaşdırmağavə insan beynində mükafat mexanizmlərinə mümkün qədər tez təsirgöstərməyə çalışırlar.
Tədqiqatçılar müqayisələrini asılılıq elmi, qidalanma və ictimaisəhiyyə tarixi üzrə məlumatlara əsaslandırıblar. Tədqiqatçılarhəmçinin “az yağlı” və ya “şəkərsiz” kimi marketinq iddialarının1950-ci illərdə siqaret filtrlərinin effektivliyi şübhəli olsa da,qoruyucu yenilik kimi təqdim edilməsinə bənzəyir.