Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası" klubu heyətinə daha bir legioner cəlb edib. "Rekord.az" xəbər verir ki, komanda Dominikan millisinin üzvü Massiel Matos ilə razılığa gəlib. 

27 yaşlı voleybolçu hücumçu mövqeyində çıxış edir. O, ən azı bu mövsümün sonunadək Bakı klubunun şərəfini qoruyacaq.