Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Həmişə istəmişəm ki, insanın göz yaşları sevincdən olsun. Həyatdır, Allah hərəyə bir şey verir. Biz kimik ki, ona üsyan edək? Qapı dəyişmək olar, amma insan taleyini dəyişmək olmur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində deyib. O, həyat yoldaşı qətlə yetirilən qızı Ülkər üçün narahat olduğunu bildirib:
"Qızıma qurban olaram, son beşiyimdir, anayam da... Bəzi analar var ki, özüm üçün yaşayıram deyir. "Onsuz da övladımın gələcəyi qarşıdadır" fikrindədirlər. Amma yox, övladının xoşbəxtliyi ana üçün milyonlardan da milyondur. Allah bütün qadınlarımızı xoşbəxt etsin. Həmişə istəyirəm ki, qadınlarımız gözəl, baxımlı olsunlar. ər çörəyi yesinlər, əl çörəyi yox. Ər çörəyi də hər qadına qismət olmur, kimin yazısında varsa, dünyanın xoşbəxtidir.
Həmişə deyirəm, oğlum mənim ürəyimdir, bir qızım ağ, digəri isə qara ciyərimdir. Ülkər qızım üçün də Allah yox yerdən elə bir qapı açsın ki, baxım və sevinim. Hər bir ananın arzusudur".
Qeyd edək ki, sənətçinin qızı Ülkərin bu evlilikdən olan övladı da vəfat edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.