AZ

Avropa Komissiyası Çin şirkətinə qarşı istintaq açıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) Çinin "Goldwind Science & Technology Co. Ltd." şirkətinə qarşı yeni istintaq başladıb. Şirkət dünya bazarında külək turbinləri istehsalında 15%-dən çox paya malikdir.

Oxu.Az xəbər verir ki, bu barədə AK-nın açıqlamasında bildirilib. Məlumata əsasən, istintaqın məqsədi "Goldwind"in Çin dövlətindən subsidiyalar alıb-almadığını araşdırmaqdır. AK narahatdır ki, subsidiyalar şirkətə Avropa bazarında üstünlük verə və rəqabətə zərər vura bilər.

Qurum, həmçinin qeyd edib ki, istintaq çərçivəsində əlavə məlumatların toplanması işi 2024-cü ilin aprelindən aparılır. Bu məqsədlə Avropada külək turbinləri istehsalı ilə məşğul olan şirkətlərə, o cümlədən "Goldwind"ə sorğular göndərilib. AK-nın ilkin araşdırmasına görə, şirkətin Çin dövlətindən dotasiyalar, ucuz kreditlər və vergi güzəştləri alması ehtimalı mövcuddur.

AK bildirir ki, bu cür subsidiyalar "Goldwind"ə Avropa bazarında üstünlük verə və bazara külək turbinlərinin əlverişli qiymətlərlə çıxarılmasını çətinləşdirə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
oxu.az

2Mənbələr