AZ

"Rəqəmsal həllərin geniş formatda istifadəsi aktual çaǧırış kimi qəbul edilməlidir"

"Son dövrlər respublikamızda dövlət maliyyəsinin idarə edilməsi istiqaməti üzrə həyata keçirilən institusional və sistemli islahatlar makroiqtisadi siyasətin müxtəlif komponentləri üzrə müsbət dinamikanın formalaşmasına köklənib. Belə ki, hazırda rəqəmsal həllərin, informasiya texnologiyalarının, o cümlədən makromüstəvidə, iqtisadi sistemlərdə geniş formatda istifadəsi, ilk növbədə dünya təcrübəsində formalaşmış beynəlxalq miqyaslı bir trend kimi deyil, aktual çaǧırış kimi qəbul edilməlidir. Çünki, sözügedən məsələ iqtisadi proseslərin sürətlənməsinə, eyni zamanda, idarəetmə qərarlarının effektivliyinin yüksəldilməsinə xidmət edir".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək:

"Şübhəsiz ki, dõvlət maliyyə resurslarının qenerasiyası, eləcə də onların xərclənməsi üzrə müvafiq innovativ rəqəmsal qərarların tətbiqi ölkəmizin iqtisadi imkanlarını genişləndirməli, müvafiq dövlət təşkilatlarının inkişaf institutları kimi fəaliyyət gõstərmələri üçün münbit platformanın yaradılmasına xidmət etməlidir".

Seçilən
26
5
publika.az

6Mənbələr