AZ

ABŞ-də qarlı və soyuq hava şəraiti elektrik enerjisi problemləri yaradıb

Bakı. Trend:

ABŞ-də uzun müddət davam edən soyuq hava şəraiti qaz və kömürləişləyən generatorlar üçün yanacaq tədarükünü məhdudlaşdıraraqölkədə elektrik enerjisi təchizatı ilə bağlı problemləryaradıb.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Şəbəkə operatorlarının məlumatına görə, Orta Qərb və OrtaAtlantik regionlarında ümumilikdə 67 milyon insanın elektrikenerjisi təchizatına cavabdeh olan "PJM Interconnection" bazarertəsi günü 19,96 qiqavat (GVt) olan generasiya fasilələrininçərşənbə axşamı 25,72 GVt səviyyəsinə yüksələcəyiniproqnozlaşdırır.

Bu göstərici Bostondan Vaşinqtona qədər uzanan və təxminən ikihəftədir davam edən soyuq hava şəraitinin ən pik nöqtəsi olan 22yanvarda qeydə alınmış 26,1 GVt kəsintidən bir qədər aşağıdır.

PJM-in son yeddi günlük proqnozuna əsasən, elektrik enerjisiistehsalında fasilələrin həftə ərzində yüksək səviyyədə qalacağıgözlənilir.

Bu vəziyyət topdansatış bazarında qiymətlərə də təsir göstərir.Qazın real vaxt rejimində qiyməti çərşənbə axşamı səhəri müəyyənqədər yumşalma nümayiş etdirib. Pensilvaniyada Şərq qazının qiymətibazar ertəsi günü 1 mmBTU üçün 5,69 dollardan çərşənbə axşamı 3,79dollara enib.

Eyni zamanda, Pensilvaniya və Merilend ştatlarını əhatə edənbölgədə elektrik enerjisinin qiyməti bazar ertəsi 196 dollar olduğuhalda, çərşənbə axşamı 113 dollara düşüb.

Seçilən
15
3
az.trend.az

4Mənbələr