AZ

Keyn “Qızıl top” mükafatına əsas namizəddir - Goal

Goal 2026-cı il “Qızıl top” namizədlərinin reytinqini yeniləyib.

İdman.Biz bildirir ki, “Bavariya”nın hücumçusu Harri Keyn reytinqdə birinci yerdədir.

“Real Madrid”in hücumçusu Kilian Mbappe ikinci yerdədir. “Mançester Siti”nin hücumçusu Erlinq Holand ilk üçlüyü tamamlayır.

İlk 10-luq aşağıdakı kimidir:

1. Harri Keyn (“Bavariya”);
2. Kilian Mbappe (“Real Madrid”);
3. Erlinq Holand (“Mançester Siti”);
4. Lamin Yamal (“Barselona”);
5. Maykl Olise (“Bavariya”);
6. Vitinya (PSJ);
7. Deklan Rays (“Arsenal”);
8. Luis Dias (“Bavariya”);
9. Rafinya (“Barselona”);
10. Lionel Messi (“İnter Mayami”).

Xatırladaq ki, mükafat 2025-ci ildə PSJ oyunçusu Usman Dembeleyə verilib.

İdman.Biz
Seçilən
10
idman.biz

1Mənbələr