AZ

İngiltərə klubundan transfer rekordu

ain.az, Lent az portalına istinadən məlumat verir.

"Vulverhempton”un norveçli hücumçusunun transferi London klubunun tarixində ən bahalı olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Kristal Pelas” "Vulverhempton”un hücumçusu Yorqen Strand Larsenin transfer olunduğunu elan edib.

Bildirildiyinə görə, 25 yaşlı futbolçu ilə 2030-cu ilin iyun ayına qədər davam edəcək dörd il yarımlıq müqavilə imzalanıb.

London klubu norveçli hücumçuya 48 milyon funt sterlinq (təxminən 55,6 milyon avro) xərcləyib.

Bu transfer "Kristal Pelas"ın tarixində ən bahalı transfer olub.

Bu mövsüm Strand Larsen "Vulverhempton"da bütün yarışlarda 26 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
lent.az

1Mənbələr