İrakli Kobaxidze Məsrur Bərzani ilə investisiyalar, ticarət, eləcə də Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə edib. Görüş Dubayda baş tutub.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze İraq Kürdüstanının baş naziri Məsrur Bərzani ilə danışıqlar aparıb.
Tərəflər ticarət əlaqələrinin inkişafı, eləcə də investisiya tərəfdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Hökumət başçıları regional ticarət yollarında mühüm tranzit əlaqəsi olan Gürcüstanın xüsusi mövqeyini qeyd ediblər. Kobaxidze və Bərzani Orta Dəhlizin inkişafı məsələlərinə də toxunublar.
Xatırladırıq ki, Gürcüstan hökumətinin başçısı Dünya Hökumət Sammitinin keçirildiyi Dubaydadır. Gürcüstan nümayəndə heyətinin tərkibinə departament rəhbərləri də daxil idi.