AZ

“iPhone 20”nin qiyməti nə qədərOLACAQ?

“Apple” şirkətinin 2027-ci ilə planlaşdırılan yeni flaqman smartfonu - “iPhone 20” tam yenilənmiş dizayn və əsasən şüşədən hazırlanmış korpusla təqdim olunacaq.

Redaktor.az bu barədə “CNet” nəşrinə istinadla məlumat verir.

Bildirilib ki, yubiley modeli daha nazik OLED ekrana, ekranaltı “Face ID” sisteminə və iki nanometrlik texnoloji proseslə hazırlanmış prosessora sahib olacaq. Smartfonun 200 meqapiksellik kamera və yüksək tutumlu kremniy–karbon batareya ilə təchiz edilə biləcəyi qeyd olunur.

“iPhone 20” modelinin qiyməti hələlik açıqlanmayıb. Lakin ekspertlər flaqmanın qiymətinin ən azı 1200 ABŞ dolları olacağını düşünürlər. Mövcud məzənnə ilə bu məbləğ təxminən 2040 Azərbaycan manatına bərabərdir.

Aytəkin TOFİQQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr