BAKI, 3 fevral. TELEQRAF
Keçmiş deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.
Faktı Teleqraf-a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.
Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.
"Obyektlər Suraxanı rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəm" - deyə, Q.Salahzadə bildirib.
Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb.
Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.