Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.
Fanat.Az Boks Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.
Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.