Olaylar.az xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte Kiyevdə keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, NATO Kiyevin hava hücumundan müdafiə raketləri ilə bağlı yaranmış çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif mənbələr üzərində işləyir.
"Biz əlavə hava hücumundan müdafiə vasitələrinin mümkün qədər tez çatdırılmasını təmin etmək üçün çalışırıq. Bu, təkcə PURL proqramı çərçivəsində deyil, digər mənbələr hesabına da həyata keçirilir", - deyə Rutte Kiyevdə PUA və raket çatışmazlığı ilə bağlı suala cavab verərkən vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31