AZ

Axios: Tramp İrana hücum etmək istəmir...

Mənbə: ABŞ prezidenti hazırda hərbi ssenarini doğru addım saymır...

Poliqon xəbər verir ki, Axios nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara başlamaq niyyəti yoxdur. Nəşrin Ağ Evə yaxın mənbələrə istinadla yazdığına görə, Tramp “əslində bunu etmək istəmir” və hazırkı vəziyyətdə İrandan gələn təhlükəni əvvəlki kimi qiymətləndirmir.

Mənbənin sözlərinə görə, iyun ayında Tramp İranın nüvə fəaliyyətini “qanuni və qaçılmaz təhlükə” kimi qəbul edirdi. Lakin Axios-un qeyd etdiyi kimi, hazırda prezidentin mövqeyi dəyişib: “Bu dəfə o, bunu belə hiss etmir”, — deyə nəşrin həmsöhbəti bildirib.

Məlumata görə, Ağ Ev daxilində də hərbi ssenarinin işə salınmasının bu mərhələdə yanlış addım olacağı qənaəti güclənib. Rəsmi Vaşinqtonun əsas narahatlığı mümkün hücumun regionda genişmiqyaslı eskalasiyaya səbəb olması, enerji bazarlarında dalğalanma yaratması və ABŞ-nin Yaxın Şərqdəki maraqlarını əlavə risklər qarşısında qoymasıdır.

Axios-un yazdığına görə, Tramp administrasiyası İrana münasibətdə daha çox siyasi-diplomatik təzyiq mexanizmlərinə üstünlük verir. Nəşr qeyd edir ki, hazırkı mərhələdə Ağ Ev üçün prioritet Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti nəzarətdə saxlamaq, eyni zamanda hərbi qarşıdurma riskini minimuma endirməkdir.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr