Goranboyda Gənclər Gününə həsr edilmiş festival keçirilir.
"Report"un Goranboya ezam edilmiş əməkdaşı xəbər verir ki, "GəncFest" adlı festivalda gənclər üçün bir sıra zonalar yaradılıb.
Gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonasında vaxt keçiriblər.
Festivalın davamında gənclər üçün konsert proqramı və atəşfəşanlıq nəzərdə tutulub.
Qeyd edək ki, "GəncFest" sabah da davam edəcək.