AZ

Prezident: Ukrayna üçün ən mühüm təhlükəsizlik zəmanəti Aİ ə üzv olmaqdır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri kompleks, hüquqi və beynəlxalq səviyyədə təsbit olunmuş olmalıdır.

"Report"un məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

Onun fikrincə, əks halda müharibə bitdi demək olmaz:

"Bu yalnız hərbi yardımla məhdudlaşmır. Söhbət Rusiyanın təcavüzünün qarşısını alan və genişmiqyaslı işğalın təkrarını qeyri-mümkün edəcək uzunmüddətli sistem yaratmaqdan gedir. Belə zəmanətlərin ən mühüm tərkib hissələrindən biri kimi Ukraynanın Avropa İttifaqına tam üzvlüyüdür. Məhz Aİ uzunmüddətli perspektivdə xarici təhlükədən etibarlı siyasi, iqtisadi və hüquqi müdafiəni təmin edəcək", - deyə, o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
icma.az

1Mənbələr