AZ

“ABŞ və İran cümə günü nüvə danışıqları keçirəcək”− “Axios”

uitkoff
“ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü İstanbulda Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Uitkoff və Əraqçinin nüvə məsələsi ilə bağlı mümkün razılaşmanı müzakirə etmələri gözlənilir.
Qeyd edək ki, bazar ertəsi “Fars” xəbər agentliyi bir mənbəyə istinadən İran Prezidenti Məsud Pezeşkyanın Tehran və Vaşinqton arasında yeni danışıqlar raunduna icazə verdiyini bildirib.
Seçilən
16
yeniavaz.com

1Mənbələr