AZ

Ötən ay uşaqlara ən çox verilən adlar açıqlandı - RƏSMİ

BAKI, 3 fevral. TELEQRAF

2026-cı ilin yanvar ayında doğulan oğlan uşaqlarına ən çox "Uğur" adı verilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qızlara isə ən çox "Məryəm" adı qoyulub.

Oğlanlara ən çox verilən adlar üzrə siyahı belədir: Uğur (160), Raul (119), Hüseyn (108), Miran (94), Əli (94), Yusif (88), Tunar (67), Murad (62), Fateh (57).

Qızlara ən çox verilən adlar üzrə siyahı isə belədir: Məryəm (111), Aylin (110), Zəhra (108), Nilay (104), Melisa (103), İnci (96), Alisa (89), Zeynəb (76), Fatimə (76).

Seçilən
5
2
teleqraf.com

3Mənbələr