"Rusiyanın TRIPP layihəsində iştirakı nəzərdən keçirilmir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Sİmonyan deyib.
O, Rusiyanın TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsində iştirakının nəzərdə tutulmadığını bildirib.
Simonyan TRIPP-in əvvəlcə ABŞ-ın iştirakı ilə Ermənistan-Amerika təşəbbüsü kimi düşünüldüyünü və digər ölkələrin daxil edilməsinin layihənin effektivliyini azalda biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, üçüncü ölkələri əhatə edən əlavə marşrutlar və ya yollar yaranarsa, onlar TRIPP-in bir hissəsi kimi deyil, ayrıca infrastruktur layihələri kimi həyata keçirilməlidir.