AZ

Polşa Müdafiə Nazirliyinin əməkdaşı "Rusiyaya casusluq" şübhəsi ilə saxlanılıb

Polşa Müdafiə Nazirliyinin uzun müddətdir çalışan əməkdaşı bu səhər Rusiya kəşfiyyatına casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyi X  sosial media paylaşımında qeyd edilib.

"Bu səhər Müdafiə Nazirliyinin qərargahında uzun müddətdir çalışan bir işçi saxlanılıb. Şübhəli xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə ittiham olunur", - məlumatda bildirilib.

Axıqlamada istintaqın Hərbi Əks-Kəşfiyyat Xidməti tərəfindən aparıldığı və məhkəmə proseslərinin davam etdiyi qeyd olunub.

Polşa xəbər saytı Onet-in məlumatına görə, Nazirliyin Müdafiə Strategiyası və Planlaşdırma Departamentində orta səviyyəli məmur kimi təsvir edilən şübhəli Rusiya kəşfiyyatına casusluq etməkdə şübhəli bilinir.

"Onet"ə danışan mənbə bildirib: "Xidmətlər bu şəxsin fəaliyyətini aylarla izləyib. Onların hərəkətləri diqqətlə sənədləşdirilib və təhlil edilib. Buna görə də, onlara qarşı toplanmış dəlillər olduqca güclüdür".

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr