Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yeni sosial media tətbiqi "Upscrolled" istifadəçilərin fikirlərini sərbəst ifadə edə biləcəyi, günlük paylaşım edə biləcəyi və başqaları ilə əlaqə qura biləcəyi müstəqil bir platforma kimi dünya miqyasında populyarlıq qazanır.
Qaynarinfo xəbər verir ki, proqramçı İssam Hijazi tərəfindən yaradılan "Upscrolled", "TikTok"da baş verən böyük dəyişikliklər və istifadəçilərin narahatlıqlarını fürsətə çevirərək ABŞ və Kanada bazarında ən çox yüklənən sosial media platformalarından birinə çevrilib. Google Play Store və Apple App Store məlumatlarına görə, platformaya olan maraq İngiltərə, Fransa, Almaniya və İtaliyada da sürətlə artır.
Tətbiq nə təklif edir?
2025-ci ilin ortalarında istifadəyə verilən "Upscrolled" istifadəçilərə həyatlarından anlıq "hekayələr” paylaşmaq, foto və mətnləri dostlarının şərh verə biləcəyi xəbər lentinə yükləmək imkanı təqdim edir. Platforma həmçinin "X"ə bənzər populyar mövzuları və trend etiketləri izləmək, Snapchat və Instagram-dakı kimi "Kəşf Et” səhifəsi ilə ən populyar videoları görmək imkanını verir.
Android və iOS mağazalarındakı açıqlamaya görə, "Upscrolled" istifadəçilərindən şəxsi məlumatlar, lokasiya, foto və videolar və tətbiqdən necə istifadə etdiklərinə dair bəzi məlumatlar toplayır. Şirkət bildirir ki, bu məlumatlar əsasən fırıldaqçılığı önləmək, təhlükəsizlik və hesab idarəsi məqsədilə toplanır və üçüncü tərəflərlə paylaşılmır. İstifadəçilər istədikdə topladıqları məlumatları silə bilərlər.
Populyarlığı sürətlə artır
Orta Şərq mərkəzli Smashi TV-də yayımlanan videoya görə, platforma istifadəyə verildikdən sonra istifadəçi sayı 150 mindən 2,5 milyona yüksəlib.
TikTok-a rəqib platforma
İssam Hijazi daha əvvəl Oracle, Hitachi və IBM-də data və süni intellekt strategiyalarına rəhbərlik edib. O, Web Summit Qatar-da bildirib ki, bəzi böyük texnologiya şirkətlərinin texnologiyaları İsrail-HƏMAS münaqişəsi zamanı Qəzzəda insan itkisinə imkan yaradıb. "Bu şirkətlərin əsas məqsədi yalnız mənfəətdir, etik məsələlər onlar üçün önəm daşımır,” deyə o qeyd edib.
"Upscrolled" "TikTok"a rəqib olan ilk platforma deyil. Ötən il ABŞ-da "TikTok"dan istifadənin qısa müddətli qadağası zamanı istifadəçilər Çin mənşəli "RedNote" tətbiqinə yönəlmişdi. Eyni zamanda, 16 yaşdan aşağı istifadəçilərə tətbiq olunan məhdudiyyətlərdən əvvəl avstraliyalı gənclər "Lemon8", "Coverstar" və "Tango" kimi alternativ platformalara maraq göstərmişdi.
Günay
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.