Bakı, 3 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” – “Zirə” oyununu Cavid Cəlilov, “Sabah” – “Qəbələ” matçını Fərid Hacıyev, “Şamaxı” – “Qarabağ” görüşünü Kamranbəy Rəhimov, “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasını isə Əli Əliyev idarə edəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları fevralın 4-5-də keçiriləcək.