AZ

MKE Türkiyə Silahlı Qüvvələri üçün NATO standartlı KBRN qoruyucu avadanlıqlar istehsal edir

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti əsrlərə söykənən təcrübəsi və güclü istehsal infrastrukturu ilə Türkiyə Silahlı Qüvvələri üçün təkcə yüksək texnologiyalı silah sistemləri və sursat deyil, eyni zamanda kimyəvi, bioloji, radioaktiv və nüvə (KBRN) təhdidlərinə qarşı yerli və milli müdafiə məhsulları hazırlayaraq döyüş meydanındakı şəxsi heyətin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən tədqiqat-inkişaf laboratoriyalarında KBRN risklərinə qarşı yerli və milli həllər hazırlayan “Makine ve Kimya Endüstrisi”, yüksək texnologiyalı qoruyucu geyimlərin istehsalını fasiləsiz davam etdirir.

Aktiv karbon texnologiyası əsasında çoxqatlı şəkildə dizayn edilən bu qoruyucu geyimlər, ən çətin əməliyyat şəraitlərində belə türk əsgərinə yüksək səviyyəli mühafizə təmin edir.

İki ayrı funksional qat texnologiyası və dörd fərqli model əsasında hazırlanan geyimlər, səkkiz ayrı məhsul konfiqurasiyası ilə müxtəlif tapşırıq profillərinə və istifadəçi ehtiyaclarına cavab verən çevik bir struktur təqdim edir.

KBRN Nəfəs Qaz Maskası: Aşağı aerozol keçiriciliyi və buğlanmaya qarşı panoramik şüşə konstruksiyası sayəsində –30 °C ilə +50 °C arasındakı temperatur şəraitində görmə qabiliyyətindən güzəştə getmədən fasiləsiz nəfəsalma təhlükəsizliyi təmin edir.

KBRN Qoruyucu Əlcəklər: Yüksək kimyəvi dayanıqlığı və artırılmış barmaq ucu həssaslığı ilə yağış, palçıq və aşağı temperatur kimi əlverişsiz hava şəraitində belə əməliyyat nəzarətinin qorunmasına töhfə verir.

KBRN Qoruyucu Bot Örtükləri: Kimyəvi maddələrə qarşı yüksək davamlı quruluşu və tənzimlənə bilən dizaynı sayəsində nəm səthlərdə, çirkli ərazilərdə və çətin sahə şəraitlərində şəxsi heyətin hərəkət qabiliyyətini və təhlükəsizliyini dəstəkləyir.

Buxar, maye və hissəcik formasındakı elementlərə qarşı effektiv baryer yaradan xüsusi texnologiyalı qoruyucu geyimlər, taktiki əməliyyatlar zamanı yüksək səviyyədə erqonomika və hərəkət sərbəstliyi təmin edəcək şəkildə dizayn edilib.

Çətin ərazi şəraiti nəzərə alınaraq diz, dirsək, bel və təmas nöqtələri xüsusi olaraq gücləndirilən geyimlər, həm ekstremal isti və soyuq hava şəraitində, həm də ağır ətraf mühit şərtlərində təhlükəsiz və uzunmüddətli istifadə imkanı yaradır.

Müxtəlif tapşırıq profilləri və istifadəçi ehtiyacları nəzərə alınmaqla hazırlanan bu geyimlərdə əl və ayaq biləyi nahiyələrində tətbiq edilən ikiqatlı qoruma maye və buxar sızmalarına qarşı əlavə təhlükəsizlik təmin edir. Eyni zamanda, bel hissəsində yerləşdirilən təcili təxliyə daşıma aparatı əməliyyat şəraitində sürətli müdaxiləni və yaralıların təxliyəsini dəstəkləyir.

Altında MKE mühəndislərinin imzası olan bütün qoruyucu avadanlıqlar NATO standartlarına uyğun şəkildə hazırlanıb. Türkiyənin KBRN sahəsindəki səriştəsini daha yüksək mərhələyə daşıyan bu sistem, təhlükəsizlik qüvvələrinə istənilən ssenaridə hazırlıqlı olma qabiliyyəti qazandırmaqla yanaşı, yüksək ixrac potensialı ilə də diqqət çəkir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

KBRN

KBRN

KBRN

KBRN

kbrn

mke

Seçilən
0
poliqon.az

1Mənbələr