AZ

İsmail Hakkı Turunç: Prezidentimiz milləti bir məqsəd uğrunda küçələrə çıxaracaq güvəni qazanmış liderdir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Sizin kimi biz də eyni inancları paylaşan insanlarıq. Bizim mədəniyyətimizdə, bizim inancımızda şəhidlik peyğəmbərlikdən sonra gələn bir məqamdır. Qazilik isə ondan sonra gələn bir məqamdır. Hər iki məqam çox yüksək məqamdır”.

Bu sözləri 15 Temmuz Şehitler ve Gaziler Derneği (15 Temmuz Derneği) rəhbəri İsmail Hakkı Turunç Uluslararası Demokratlar Birliyinin (UID) təşkilatçılığı ilə bu gün həyata keçirilən “səhər yeməyi” proqramında Bizimyol.info xəbər portalının sualını cavablandırarkən deyib.

“Hörmətli prezidentimizin həmin günün axşamı “mən özüm meydanlara, küçələrə çıxıram və millətimi də bu xainlərə qarşı küçələrə dəvət edirəm” dedikdən sonra millət heç bir tərəddüdə düşmədi. “Millətin lideri öndədirsə biz də onunla bərabər olarıq”, dedilər. O milləti küçələrə çıxaracaq güvəni prezidentimiz yaratmışdı. Ona inanmışdılar. Əgər inanılmayan bir lider bunu demiş olsaydı, öz mənfəəti üçün demiş olsaydı millət ona inanmazdı və o gün meydanlara, küçələrə çıxmazdı. Millət liderinə, lider də millətinə güvənirdi”-deyən İsmail Hakkı Turunç bildirib ki, Rəcəb Tayyib Ərdoğan siyasətdə olduğu 50 il müddətində hər zaman millətə güvən verib və o güvənlə birlikdə “mən meydanlara çıxıram və milləti də meydanlara səsləyirəm” deyəndə kimsə tərəddüd etməyib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
bizimyol.info

1Mənbələr