"Davos Forumunun builki "Qlobal Risklər Hesabatı"nda dezinformasiya və informasiya manipulyasiyası ikinci ən böyük risk kimi göstərilir. Hesabatda bununla üzləşən ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Sənəddə açıq şəkildə qeyd olunur ki, yanlış məlumatlar hibrid müharibələrin mühüm elementidir. Məqsəd isə ictimai rəyi azdırmaq və cəmiyyətdə qütbləşmə yaratmaqdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "İnformasiya manipulyasiyasında süni intellektdən də necə rəzilcəsinə istifadə olunduğunu biz də artıq görürük. Proqnozlar isə daha ciddidir: Süni intellektin mənfi təsirlərinin kəskin artacağı, risklər sırasında indiki 30-cu yerdən 10 illik perspektivdə 5-ci yerə yüksələcəyi gözlənilir. Məşhur intellektual Yuval Noah Hararinin həmən forumdakı çıxışında deyildiyi kimi hazırda problem təkcə yalanı doğrudan ayıra bilməməkdə deyil, həm də bu saxta məlumatların bizə hansı məqsədlə və niyə ötürüldüyünü anlamamaqdadır. Biz qanunvericilik bazamızı da məhz bu reallıqları nəzərə alaraq təkmilləşdirməliyik".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31