AZ

Reşford "Barselona"da qalmaq naminə maaşının azaldılmasına razıdır

İspaniyanın "Barselona" klubunun futbolçusu Markus Reşford komandada qalmaq naminə maaşının azaldılmasına razıdır.

"Report" "Daily Mirror"a istinadən xəbər verir ki, 28 yaşlı forvard "Mançester Yunayted"ə qayıtmaq niyyətində deyil.

"Barselona"nın oyunçunu 30 milyon avroya birdəfəlik transfer etmək hüququ var.

M.Reşfordun hətta "Barselona" onun keçidini maliyyələşdirə bilməsə belə, "Mançester Yunayted"ə dönməyəcəyi bildirilib.

Belə bir vəziyyət yaranarsa, hücumçu karyerasını davam etdirmək üçün digər klublarla danışıqlara başlayacaq.

Seçilən
8
far.az

1Mənbələr